“Kinematoqrafiya haqqında” Qanuna yeni anlayışlar əlavə olunur.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, qanunvericiliyə, milli film, xarici film, yerli prodüser, xarici prodüser, birgə istehsal filmi, film istehsalı və digər aşağıdakı anlayışlar əlavə olunur:
milli film – xarici film hesab edilməyən və bu Qanunun 4-cü maddəsində göstərilən tələblərə cavab verən film;
xarici film – bütövlükdə xarici prodüser (prodüserlər) tərəfindən istehsal edilən film;
yerli prodüser – Azərbaycan Respublikasının vətəndaşı və ya qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxs olan prodüser;
xarici prodüser – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan prodüser;
birgə istehsal filmi – yerli və xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab edilməyən film;
film istehsalı – film çəkilişinə hazırlıq, film çəkilişi və film çəkilişinin tamamlanması mərhələlərini özündə əhatə edən proses;
film çəkilişinə hazırlıq – filmin ideyasının yaranması, konsepsiyasının hazırlanması, ssenarisinin yazılması və film çəkilişi məqsədi ilə digər inzibati və texniki məsələlərin həlli ilə əlaqədar işləri əhatə edən proses;
film çəkilişi – filmin bilavasitə kinolentə və ya digər daşıyıcıya çəkilişini təmin edən fəaliyyətləri əhatə edən proses;
filmin çəkilişinin tamamlanması – çəkilmiş kadrların redaktəsini, filmin vizual, səs və rəng işləmələrini, effekt, titr və qrafik tərtibatını əhatə edən prosesdir.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər