İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin dörd müxtəlif bölgəsində keçirdiyi xüsusi əməliyyatlarla kütləvi etirazların liderlərini və fəal iştirakçılarını həbs edib.
“Qafqazinfo” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, əməliyyatlar Yəzd, Semnan, Rəfsəncan və Sircan şəhərlərini əhatə edib.
SEPAH-ın yaydığı rəsmi bəyanatda bildirilir ki, kəşfiyyat məlumatları əsasında Yəzd əyalətində iğtişaşların əsas təşkilatçıları, Semnanda isə İsrail ilə əlaqəli olduğu iddia edilən çox sayda agent saxlanılıb. Ölkənin cənubundakı Rəfsəncan və Sircan şəhərlərində keçirilən əməliyyatlar zamanı isə təhlükəsizlik qüvvələrinə hücumda ittiham olunan 6 nəfər həbs edilib.
Xatırladaq ki, İranda milli valyutanın devalvasiyası ilə başlayan etiraz dalğası dekabrın 28-dən etibarən davam edir.
Son xəbərlər
Son Xəbərlər