Yasamalda baş vermiş yanğında ağır xəsarət alan Ləman Qulamovanın vəziyyətində irəliləyiş var.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Fuad Cəfərov feysbuk hesabında paylaşım edib:
“Əzizim Könül Vəlibəylinin qızı, gözəlimiz Ləman artıq reanimasiyadan palataya köçdü, vəziyyəti stabildir. Müalicəsi davam edir”.
Xatırladaq ki, Ləman həmin yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.
***
Yeni Klinikadan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda L.Qulamovanın müalicəsi davam etdirilir: “2000-ci il təvəllüdlü (qadın) şəxsin Yeni Klinikanın Terapiya şöbəsində müalicəsi davam etdirilir.
Pasiyentin vəziyyəti stabil orta ağır olaraq qiymətləndirilir. Xəstənin pulmonoloji və qastroenteroloji müalicə tədbirləri planlı şəkildə davam etdirilir”.
Son xəbərlər
Son Xəbərlər