Bakı həmin günə hazırlaşır... - Fotolar

baki-hemin-gune-hazirlasir
Oxunma sayı: 1071

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz altıncı ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Bu barədə “Qafqazinfo”ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, həmin ərazi daima Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, zədələnmiş plitələr dəyişdirilir, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika aparılır. Bundan əlavə ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib.

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın hazırlıq prosesindən lentə aldığı fotoları təqdim edirik: