ABB-dən “İndi al, sonra ödə!” xidməti

abb-den-indi-al-sonra-ode-xidmeti
Oxunma sayı: 569

ABB yeni “İndi al, sonra ödə!” xidmətini müştərilərə təqdim edib.

Bu, ABB-nin “İndi al, sonra ödə!” üzrə partnyoru olan mağazalarda elə yerindəcə kreditləşmə ilə məhsul alışına şərait yaradan yeni xidmət növüdür.

Məsələn, hansısa elektronika məhsulunu “İndi al, sonra ödə!” xidməti ilə almaq istəyən müştəri mağaza əməkdaşlarına bu barədə məlumat verir. Satıcı Bank tərəfindən təqdim olunan kabinet vasitəsilə müştərini ABB mobile tətbiqinə yönləndirir. Müştəri tətbiqdə “İndi al, sonra ödə!” xidmətindən yararlanmaq üçün tələb olunan məlumatları daxil edir. Tətbiq üzərindən SİMA vasitəsilə sənədlərin imzalanması həyata keçirildikdən sonra məhsulun dəyərində məbləğ təsdiqlənir və alış prosesi tamamlanır. Məbləğin banka geri ödənilməsi üçün müştərilər 2 həftəlik və ya aylıq ödəmə planı seçərək hissəli şəkildə ödəmə imkanı əldə edirlər.

Beləliklə, müştəri ABB-nin “İndi al, sonra ödə!” xidmətindən yararlanaraq istədiyi məhsulu indi alır, ödənişini isə hissəli şəkildə sonra ödəyir.

Şərtlər:

Məbləğ: 100 - 5000 AZN

Müddət: 24 ayadək

Zaminsiz və girovsuz

İllik faiz dərəcəsi: müştəri üçün yoxdur

FİFD: min. 0% - maks. 20.72%

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.