Ali Rada Şmıqalı nazir təyin edə bilmədi

ali-rada-smiqali-nazir-teyin-ede-bilmedi
Oxunma sayı: 280

Ali Rada keçmiş müdafiə naziri Denis Şmıqalı Ukraynanın Energetika Nazirliyinin rəhbəri təyin edə bilməyib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna KİV məlumat yayıb.

Bildirilib ki, Şmıqala onun təyin edilməsi üçün parlamentin səsləri çatışmayıb.

Xatırladaq ki, yanvarın 3-də Ukrayna Prezidenti Volodimir Zelenski baş nazirin birinci müavini və energetika naziri vəzifəsinə Şmıqalın namizədliyini irəli sürüb. O, təklif olunan namizədliyin Ali Radanın deputatları tərəfindən dəstəklənəcəyinə ümid etdiyini bildirib.

Bu gün isə Ali Rada Şmıqalı müdafiə naziri vəzifəsindən azad edib.