Türkiyədə prokuror məhkəmədə hakimi güllələdi

turkiyede-prokuror-mehkemede-hakimi-gulleledi
Oxunma sayı: 2588

Türkiyənin İstanbul şəhərində prokuror keçmiş həyat yoldaşı olan hakimə atəş açıb.

“Qafqazinfo” “Cumhuriyet”ə istinadən xəbər verir ki, hadisə şəhərin Kartal rayonunda yerləşən Bölgə Apellyasiya Məhkəməsində baş verib.

Silahlı insident məhkəmə iclası zamanı qeydə alınıb. Ayağından yaralanan hakim ən yaxın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.  

İnsidenti törədən prokuror saxlanılıb. Faktla bağlı araşdırma başlanılıb. Hadisə iştirakçılarının adları isə açıqlanmayıb.