Bakının mərkəzində əməliyyat - Anbaan video

bakinin-merkezinde-emeliyyat
Oxunma sayı: 5790

Bakıda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə əvvəllər məhkum olunmuş 52 yaşlı Zaur Ələsgərov şübhəli şəxs qismində saxlanılıb.

Ondan 6 kiloqram marixuana, 470 qram tiryək və 355 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.