ABŞ senatoru Lindsi Qrem ölkə Prezidenti Donald Trampa İranın ali lideri Əli Xameneini zərərsizləşdirməyi təklif edib.
“Qafqazinfo” xəbər verir ki, bu təklifi o, “Fox News” telekanalında çıxışı zamanı səsləndirib.
Trampı İran xalqını dəstəklədiyi üçün tərifləyən Qrem Əli Xameneini “dəhşətli insan” adlandırıb. Onun sözlərinə görə, İranın ali liderinin getmək vaxtı çatıb və insanlar da bunu istəyirlər:
“Donald Tramp deyir ki, İranı yenidən böyük etməyin ən yaxşı yolu etirazçıların qələbəsi və rejimin devrilməsidir. Buna necə nail olmaq olar? Cənab prezident, atacağımız istənilən addım etirazçıları ruhlandırmalı və rejimi qorxutmalıdır”.
O bildirib ki, Trampın yerində olsaydı, öz xalqına qarşı çıxan liderləri aradan götürərdi. Senator Ağ Ev rəhbərini baş verənlərə son qoymağa çağırıb.
Xatırladaq ki, İranda etiraz aksiyaları dekabrın 28-dən davam edir. İlk olaraq aksiyaçılar ölkədəki iqtisadi vəziyyətə və milli valyutanın dəyərinin enməsinə etiraz etsələr də, sonradan hadisələr siyasi xarakter alıb.
Son xəbərlər
Son Xəbərlər