Tramp onları təhdid etdi - “Qisas günü yaxınlaşır”

tramp-onlari-tehdid-etdi
Oxunma sayı: 972

ABŞ Prezidenti Donald Tramp Minneapolisdə federal immiqrasiya agentləri (ICE) tərəfindən bir qadının güllələnməsindən sonra ştatda başlayan kütləvi etirazlara sərt reaksiya verib.

“Qafqazinfo” xəbər verir ki, Tramp özünün “Truth Social” platformasında etdiyi paylaşımda Minnesota rəhbərliyini və nümayişçiləri hədəf alıb.

O, ştatda “hesablaşma və qisas günü”nün yaxınlaşdığını bildirərək sakinləri qorxmamağa çağırıb.

Xatırladaq ki, gərginliyə əsas səbəb yanvarın 7-də baş vermiş hadisədir. Videomüşahidə kameralarına düşən görüntülərdə ICE agentlərinin yolda dayanan avtomobilə yaxınlaşdığı və nəqliyyat vasitəsi hərəkət edərkən sürücüyə atəş açdıqları görünür. Başından yaralanan qadın hadisə yerində vəfat etmişdi.