Qusarda məktəbliləri maşın vurdu

qusarda-mekteblileri-masin-vurdu
Oxunma sayı: 262

Qusarda məktəbliləri avtomobil vurub.

“Qafqazinfo”nun məlumatına görə, hərəkətdə olan avtomobil 2 saylı orta məktəbin qarşısında yolu keçmək istəyən iki məktəbli qızı vurub.

Hadisə nəticəsində məktəblilər - 2009-cu il təvəllüdlü E.Piriyeva və 2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mübariz Muradov