İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

ilham-eliyev-sahbaz-serife-tesekkur-edib
Oxunma sayı: 334

Prezident İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesabında paylaşım edilib. 

“Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, məni və Azərbaycan xalqını Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

8 Noyabr xalqımız üçün torpaqlarımızın azad olunmasını və 30 ilə yaxın davam edən işğala son qoyulmasını təcəssüm etdirən əlamətdar bir gündür.

Biz Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk. Keçən il Bakıda keçirilən Zəfər Paradında iştirakınız əbədi dostluğumuzun və qardaşlığımızın daha bir təzahürü oldu”, - paylaşımda qeyd olunub.