Tramp Nobeli əlindən alan Maçado ilə görüşəcək

tramp-nobeli-elinden-alan-macado-ile-gorusecek
Oxunma sayı: 316

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Venesuela müxalifətinin lideri, 2025-ci il Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado ilə görüşəcək.

“Qafqazinfo” xəbər verir ki, görüşdən öncə Maçado özünə məxsus Nobel mükafatını Amerika liderinə təhvil verməyə hazır olduğunu bəyan edib.

Müxalifət lideri bu addımını Trampın Venesuelada həyata keçirdiyi hərbi əməliyyatların “sülhə xidmət etməsi” ilə əsaslandırıb.

Xatırladaq ki, 2026-cı il yanvarın 3-də ABŞ qüvvələrinin həyata keçirdiyi hava hücumları nəticəsində prezident Nikolas Maduro və xanımı Siliya Flores ələ keçirilərək ABŞ-yə aparılıblar.