“Ayrılsak da beraberiz”in aktyorları 26 il sonra eyni filmdə - Foto

ayrilsak-da-beraberizin-aktyorlari-26-il-sonra-eyni-filmde
Oxunma sayı: 1197

“Ayrılsak da beraberiz”in aktyorları illər sonra eyni filmdə bir araya gəliblər.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın ulduzları Hakan Yılmaz və Janset Paçal “Bayan Schmidtin Komşuları Hakkında” (Über die Nachbarn von Frau Schmidt) filmində rol alıblar. 

Çəkilişlərinə Berlində başlanılan layihənin rejissoru və ssenaristi Bumin Müsuldur.

Filmdə Hakan Yılmaz Emrah obrazını canlandırıb. Emrahın bacılarını məşhur aktrisalar Hasibe Eren və Janset Paçal oynayıblar. Heyətdə Devin Özgür Çinar da rol alıb. 

Qeyd edək ki, “Ayrılsak da beraberiz” serialı 1999-cu ildən 2004-cü ilə qədər yayımlanıb. Layihə 490 seriya ilə ən uzunmüddətli ekran işi olaraq yaddaşlarda qalıb. Serialdakı baş qəhrəmanlar Berna Acaroğlu (Janset) və Teoman Acaroğlu (Hakan) bir-birini hələ də sevən keçmiş evli cütlüyü canlandırıblar.