İranda 6 gündür internet yoxdur - Hesabat

iranda-6-gundur-internet-yoxdur
Oxunma sayı: 2

İranda yanvarın 8-dən tətbiq edilən ümummilli internet blokadası artıq 144 saatı (6 günü) ötüb və ölkə tarixinin ən uzunmüddətli rəqəmsal qaranlıqlarından birinə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, qlobal internet monitorinq təşkilatı “NetBlocks” ölkədəki qoşulma səviyyəsinin normal həddin cəmi 1%-nə düşdüyünü təsdiqləyib.

Hesabatda bildirilir ki, həm mobil, həm də stasionar internet xidmətlərinin kəsilməsi təhlükəsizlik qüvvələrinin etirazları yatırmaq üçün tətbiq etdiyi sərt metodların dünya ictimaiyyətindən gizlədilməsinə xidmət edir.

Xatırladaq ki, dekabrın 28-də iqtisadi çətinliklər səbəbindən başlayan etirazlar hazırda 180-dən çox şəhəri əhatə edib.