“Quska” şikayətini geri götürdü - Yenilənib

quska-sikayetini-geri-goturdu
Oxunma sayı: 6885

6 illik həbsdən sonra yeni ittihamla 9 il əlavə həbsə məhkum edilən keçmiş deputat Hüseyn Abdullayev Ali Məhkəməyə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Quska” yüksək instansiyadan bəraət istəyir.

Kassasiya şikayətinə baxılan gün Hüseyn Abdullayev haqda son qərar veriləcək. Hələlik iclas vaxtı bilinmir.

Xatırladaq ki, “Quska” 2024-cü ildə cəza müddətinin başa çatmasına az qalmış yeni müəyyən edilmiş faktlarla təkrar cinayət məsuliyyətinə cəlb edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi hökmü dəyişməyib.

***

Hüseyn Abdullayevin vəkili Günay İsmayılova saytımıza bildirib ki, apellyasiya instansiyasının qərarından verdikləri kassasiya şikayətini geri götürüblər. Bu səbəbdən Ali Məhkəmədə işə baxılmayacaq.

Sail Ağasəlim