Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda binada yanğın baş verib.
“Qafqazinfo”nun məlumatına görə, yanğın zamanı yoldaşı və nəvəsi son anda xilas edilən bina sakini hadisə anını təsvir edib.
O, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının qəhrəmanlığından fəxrlə danışıb.
“5-ci mərtəbədən 70 yaşındakı yoldaşımla 7 yaşlı nəvəmi FHN-in işçiləri çıxarıb. Öz maskalarını onlara veriblər və ölümdən xilas ediblər. Halal olsun onlara. Mən evdə deyildim. Ev cəhənnəmə yansın, uşağı qucaqlarında, yoldaşımı da hərəsi bir yandan tutub son anda xilas ediblər. Mən inana bilmirəm ki, bizim belə cavanlarımız var. Vallah, fəxr edilməlidir. Hamı düşüb gedibmiş, heç kim yox imiş. Onlar tək qalıblar evdə. Aşağıdan qışqırırmışlar ki, 3-4 dəqiqəyə FHN-in əməkdaşları gəlir. Gələn kimi tüstünün dumanın içində çıxıblar evə. Ömrüm boyu minnətdaram”, - deyə o bildirib.
Daha ətraflı videomaterialda:

Son xəbərlər
Son Xəbərlər