Gəncədə qohumlar arasında dava düşdü - Yaralılar var

gencede-qohumlar-arasinda-dava-dusdu
Oxunma sayı: 596

Gəncədə qohumlar arasında dava düşüb.

“Qafqazinfo” xəbər verir ki, çay kənarında qohumlar arasında başlayan mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

İlkin məlumata görə, dava zamanı 1985-ci il təvəllüdlü Etibar Nuriyev və onun oğlu 17 yaşlı Ə.Nuriyev müxtəlif bədən xəsarətləri alıb.

DİN-in regional qrupundan bildirildi ki, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Yunis Quliyev