Sabah bu ərazilərdə qaz olmayacaq

sabah-bu-erazilerde-qaz-olmayacaq
Oxunma sayı: 921

Sabah Bakının 2 rayonunda qaz olmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, həmçinin Suraxanı rayonu, Hövsan qəsəbəsində qaz sızmalarının aradan qaldırılması işləri ilə əlaqədar yanvarın 16-sı saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.