Rusiya britaniyalı diplomatı ölkədən çıxarır

rusiya-britaniyali-diplomati-olkeden-cixarir
Oxunma sayı: 397

Rusiya Böyük Britaniya diplomatını casusluqda ittiham edərək ölkədən çıxarır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Telegraph” qəzeti yayıb.

Rusiya Xarici İşlər Nazirliyi diplomatın kimliyini açıqlamasa da, onun 2 həftə ərzində Rusiyanı tərk etməli olduğu bildirilib. 

Rəsmilər həmin şəxsi Britaniyanın Moskvadakı Səfirliyində gizli şəkildə işləyən kəşfiyyat agenti olmaqda ittiham ediblər.