Ağacları qanunsuz kəsirdi - Polis saxladı

agaclari-qanunsuz-kesirdi
Oxunma sayı: 242

Oğuzda ağac kəsilməsinə görə cinayət işi başlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Oğuz rayonunun Padar kəndində palıd növündən olan ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Keyti Həsənov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.