Daha bir nəfər dəm qazının qurbanı oldu

daha-bir-nefer-dem-qazinin-qurbani-oldu
Oxunma sayı: 996

Daha bir nəfər dəm qazından zəhərlənərək ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə saat 22 radələrində Sumqayıtda qeydə alınıb.

Belə ki, 48 yaşlı Vəfadar Tapdıq oğlu Abdullazadə yaşadığı 18-ci mikrorayondakı mənzilin hamam otağında dəm qazından zəhərlənib.

O, yaxınları tərəfindən huşsuz halda aşkarlanıb. Təcili tibbi yardım çağırılsa da, V.Abdullazadənin vəfat etdiyi müəyyənləşib.

Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar aparılır.

Xatırladaq ki, analoji hal Bakıda da qeydə alınıb.