Şəmkirdə sabiq vəzifəli şəxs vəfat etdi - Foto

semkirde-sabiq-vezifeli-sexs-vefat-etdi
Oxunma sayı: 2883

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Tariyel Məmmədov 77 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, 1994-2014-cü illərdə sözügedən vəzifədə çalışıb.

T. Məmmədov bu müddətdə Şəmkirin keçmiş icra başçıları Aslan Aslanov (1993-2005) və Nazim Veysovun (2005-2014) birinci müavini olub.

Qeyd edək ki, T. Məmmədov 2006-cı ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Yunis Quliyev