Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanldır

qurban-qurbanovun-qovdugu-elvin-en-bahali-azerbaycanldir
Oxunma sayı: 10

Nüfuzlu “Transfermarkt” portalı Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların transfer dəyərlərini yeniləyib.

“Qafqazinfo” xəbər verir ki, siyahıya “Qarabağ”ın kabo-verdeli yarımmüdafiəçisi Leandro Andrade başçılıq edir.

Ulduz futbolçunun hazırkı bazar dəyəri 3,5 milyon avro olaraq qiymətləndirilir.

İlk üçlüyü isə Polşa futbolunun nümayəndələri tamamlayır. “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç və “Qarabağ”ın qapıçısı Mateuş Koxalski hərəyə 2,5 milyon avro bazar dəyəri ilə siyahıda ikinci və üçüncü yerləri bölüşürlər.

Yenilənmiş siyahıda 6-cı pillədə qərarlaşan Elvin Cəfərquliyev isə 2 milyon avroluq dəyərlə ən baha azərbaycanlı futbolçu statusunu qoruyub. Son dövrlərdə diqqət çəkən müdafiəçinin qiyməti cari hesabat dövründə daha 500 min avro yüksəlib.

Xatırladaq ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov bir müddət əvvəl intizam qaydalarını pozduqları üçün əsas heyətdən uzaqlaşdırılmışdılar.