Qənirə Ataşovanın oğlu ABŞ-də qəzaya düşdü - Fotolar

qenire-atasovanin-oglu-abs-de-qezaya-dusdu
Oxunma sayı: 2776

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın oğlu qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Bir müddət əvvəl Azərbaycana gələn jurnalist oğlunun məzuniyyət mərasiminə qatılmaq üçün qayıdanda bu barədə öyrənib.

O qeyd edib ki, oğlu Ceyhun dostu ilə birlikdə ağır avtomobil qəzası keçirib. Avtomobili idarə edən oğlu yola çıxan maralı vurmamaq üçün sükanı kənara çevirərkən maşın idarəetmədən çıxıb və bir neçə dəfə aşıb.

Hadisə nəticəsində hər iki gənc yüngül xəsarətlə xilas olub. Avtomobil isə tam yararsız hala düşüb.