Moskvaya son 2 ilin ən böyük dron hücumu olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS şəhərin meri Sergey Sobyaninə istinadən məlumat yayıb.
Mer iyunun 18-i gecə saatlarından indiyədək Moskva ətrafında 85 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.
Bundan əvvəlki ən çoxsaylı dron hücumu bu il mayın 17-si qeydə alınıb. Həmin vaxt Rusiya paytaxtına hücum edən 81 dronun zərərsizləşdirildiyi bildirilir.
İlkin məlumatlara görə, şəhərdə yerləşən neft emalı zavodunda yanğın baş verib, hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb.
***
İyunun 18-i gecə saatlarından indiyədək Moskva ətrafında 194 PUA vurulub.
Bu barədə şəhərin meri Sergey Sobyanin məlumat verib.





Son xəbərlər
Son Xəbərlər