Robin Qudun ağacı qurudu

robin-qudun-agaci-qurudu
Oxunma sayı: 1907

Böyük Britaniyada folklorda 13-cü əsrin əfsanəvi qulduru Robin Qudun sığındığı min illik palıd ağacı - “Mayor palıd” bu il göyərməyib.

“Qafqazinfo” “The Independent”ə istinadən xəbər verir ki, bu barədə təbiət qoruğunu idarə edən Kral Quşların Mühafizəsi Cəmiyyəti (RSPB) məlumat yayıb.

Sözügedən bitki Nottingem yaxınlığındakı Şervud meşəsində 1200 yaşı olan ağacdır.

Avropanın ən qədim və ən böyük ağaclarından biri olan qədim “Mayor palıd” bir neçə quru və isti yaydan sonra yarpaqları cücərə bilmədiyi üçün məhv olub.