BƏƏ-də uşaqların internetdən istifadəsi ilə bağlı qərarlar qəbul edildi

bee-de-usaqlarin-internetden-istifadesi-ile-bagli-qerarlar-qebul-edildi
Oxunma sayı: 298

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum uşaqların internetdə daha təhlükəsiz olması üçün yeni qaydaların qəbul edildiyini bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, bu addımın uşaqların rəqəmsal mühitdə qorunmasını gücləndirmək və texnologiyadakı dəyişikliklərə uyğunlaşmaq məqsədi daşıdığını vurğulayıb.

Əl Məktumun sözlərinə görə, məqsəd uşaqların yaşlarına uyğun şəkildə texnologiyadan istifadə etməsini təmin etməkdir.

O həmçinin qeyd edib ki, valideyn icazəsi olsa belə, tətbiq olunan qadağa və məhdudiyyətlər ləğv edilməyəcək.