Prezident İİB Qrupunun sədrinə “Dostluq” ordenini təqdim etdi - Fotolar

prezident-iib-qrupunun-sedrine-dostluq-ordenini-teqdim-etdi
Oxunma sayı: 391

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirə “Dostluq” ordenini təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, Məhəmməd Süleyman Əl-Casir onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.

Qeyd edək ki, Məhəmməd Süleyman Əl-Casir ölkəmizlə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən bu ordenlə təltif olunub.