İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

indiyedek-qarabaga-nece-nefer-qayidib
Oxunma sayı: 1693

İndiyədək Qarabağa qayıdan əhalinin sayı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 1 iyun 2026-cı ilədək işğaldan azad edilmiş ərazilərə 36492 nəfər keçmiş məcburi köçkün geri qayıdıb.

Bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 88123 nəfər təşkil edib.