Ağdamda maşınla üç bacını və 4 yaşlı uşağı vurdu - Yenilənib

agdamda-masinla-uc-bacini-ve-4-yasli-usagi-vurdu
Oxunma sayı: 841

Ağdamda dörd piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, qəza rayonun 83 saylı İmamqulubəyli qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında olan dörd piyadanı vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.

***

Qəzada xəsarət alanların kimliyi məlum olub.

Belə ki, qəza nəticəsində üçü bacı olmaqla 1979-cu il təvəllüdlü Mələk Rüstəm qızı Baxşalıyeva, 1975-ci il təvəllüdlü Nicat Rüstəm qızı Hümbətova, 1981-ci il təvəllüdlü Məhbubə Rüstəm qızı Zeynalova və 4 yaşlı Etibar Kənan oğlu Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Ziya Əmirxanlı