Özbəkistan yığmasının ulduzu operatora xəsarət yetirdi - Foto

ozbekistan-yigmasinin-ulduzu-operatora-xesaret-yetirdi
Oxunma sayı: 1229

Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanov DÇ-2026-nın qrup mərhələsində Kolumbiyaya qarşı keçirilən matçda operatoru zədələyib. 

“Qafqazinfo” xəbər verir ki, o, rəqib hücumçu Luis Diaza müdaxilə etdikdən sonra sürətini saxlaya bilməyib və operatora xəsarət yetirib. 

Oyun qısa müddətə dayandırılıb və operatora tibbi yardım göstərilib. 

Qeyd edək ki, Abdukodir Xusanov “Mançester Siti”də çıxış edir.