Moskvaya “neft yağışı” yağıb? - Fotolar - Video

moskvaya-neft-yagisi-yagib
Oxunma sayı: 1193

Ukraynanın Moskvada yerləşən neft emalı zavoduna dronlarla zərbə endirməsindən sonra yerli sakinlər paytaxtın bəzi rayonlarında “neft yağışı”nın yağmasından şikayətləniblər.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yağışdan sonra yaranan qara ləkələrin foto və videoları paylaşılıb.

Sakinlər həmçinin dronların kütləvi hücumu barədə heç bir xəbərdarlıq almadıqlarını bildiriblər.

Moskva vilayətinin Ekologiya və Təbiətdən İstifadə Nazirliyi isə “neft yağışı”nın yağması ilə bağlı xəbərləri təkzib edib, sakinlərin yanma məhsullarının his şəklində çökməsini müşahidə etdiyini açıqlayıb.

Qeyd edək ki, Moskvanın Kapotnya rayonunda yerləşən neft emalı zavodu Moskva şəhəri və vilayətini yanacaq tədarükü ilə təmin edən əsas obyektlərdən biri hesab olunur.