Türkiyəli tanınmış iş adamı Ali Ağaoğlunun yenidən ata olacağı iddia edilib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, 72 yaşlı Ağaoğlunun 15 ildir birlikdə olduğu 36 yaşlı Bige Yıldırımerin 3 aylıq hamilə olduğu öyrənilib.
İddialara görə, bu xəbərin ardından Ali Ağaoğlu Bige Yıldırımerə Bodrumda lüks yay evi hədiyyə edib.
Bildirilib ki, iş adamı daha əvvəl də ona İstanbulda mənzil və bahalı avtomobil bağışlayıb.
Qeyd edək ki, Ali Ağaoğlu sonuncu dəfə 2013-cü ildə sevgilisi Petek Ertürədən dünyaya gələn oğlu Ali Egenin doğulması ilə beşinci dəfə ata olmuşdu. Hazırda onun beş övladı və beş nəvəsi var.
Son xəbərlər
Son Xəbərlər