Beyləqanda 17 iyun - tibb işçilərinin peşə bayramı qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin rəhbərliyi və tibb işçiləri Ümummilli Lider Heydər Əliyevin Beyləqan şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Beyləqan rayonunda yerləşən şadlıq evlərinin birində səhiyyə işçilərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Beyləqan RİH-nin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Beyləqan Rayon Təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin rəhbərliyi və kollektivi iştirak ediblər.
Tədbirdə çıxış edən Beyləqan RİH başçısının birinci müavini Telman Məstanov icra başçısı Əziz Əzizovun tibb işçilərinə peşə bayramı münasibətilə təbriklərini çatdırıb, ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu səhiyyə siyasətindən və tibb işçilərinin cəmiyyət həyatındakı mühüm rolundan bəhs edib.
Daha sonra tibb işçilərinin peşə bayramı günü münasibətilə Beyləqan RİH başçısının Fəxri fərmanları bir qrup səhiyyə işçisinə təqdim olunub.
Tədbirdə çıxış edən digər natiqlər də səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onların insan sağlamlığının qorunması istiqamətində göstərdikləri fədakar xidmətləri yüksək qiymətləndiriblər.











Son xəbərlər
Son Xəbərlər