Azərbaycanda doğulanlar azalıb

azerbaycanda-dogulanlar-azalib
Oxunma sayı: 1160

Bu ilin yanvar-aprel aylarında 28631 doğulan körpə qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

“2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,4-dən 8,5-ə düşüb. Doğulan körpələrin 53,6 faizi oğlan uşaqları, 46,4 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 980-i əkiz, 39-u isə üçəm olub”, - məlumatda bildirilib.