Otlaqda dincələrkən ilan başından sancdı

otlaqda-dincelerken-ilan-basindan-sancdi
Oxunma sayı: 587

Göyçayda ilan sancması hadisəsi baş verib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Şəkər kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 54 yaşlı Eldar Əliyev örüş sahəsində heyvan otararkən istirahət etmək üçün otlaq ərazidə uzanıb. Bu zaman ilan onun baş nahiyəsindən dişləyib.

Hadisədən sonra ətrafdakı şəxslər dərhal Eldar Əliyevə kömək göstərərək onu Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada ona ilan zəhərinə qarşı zərdab vurulub və digər tibbi müdaxilələr edilib.

Hazırda 54 yaşlı kişinin müalicəsi davam etdirilir.