Qohumunun evindən 42 min manat oğurladı

qohumunun-evinden-42-min-manat-ogurladi
Oxunma sayı: 576

Hacıqabulda oğurluq edən 2 nəfər həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, Hacıqabul RPŞ-nin keçirdiyi tədbirlərlə rayon ərazisində evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Mahir Abdullayev və Sahil Məmmədov saxlanılıblar.

Həmin şəxslər M.Abdullayevin qohumuna məxsus evdən 25000 manat və 10000 ABŞ dolları oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb, M.Abdullayev və S.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.