Dünya şöhrətli pop kralı Maykl Ceksonun qızı Paris Cekson illər sonra atası ilə bağlı münasibətlərindən danışıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Paris Cekson açıqlamasında bildirib ki, o, uzun illər boyu atası ilə bağlı şəxsi xatirələrini və hisslərini mütləq şəkildə ictimaiyyətlə bölüşməli olduğunu düşünüb. Lakin zaman keçdikcə bu mövzuda fikirlərinin dəyişdiyini və şəxsi həyatını gizli saxlamağın tamamilə normal bir hal olduğunu anladığını qeyd edib.
Məşhur ifaçının qızı artıq atasının doğum günündə və ya ölüm ildönümlərində sosial şəbəkələrdə paylaşım etmək məcburiyyəti hiss etmədiyini xüsusi vurğulayıb:
“Hazırda atamla bağlı hisslərim çox gözəl yerdədir. Bu isə yalnız mənə aiddir və kiməsə nə isə sübut etməyə ehtiyac duymuram”.
Son xəbərlər
Son Xəbərlər