“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesablarında məlumat yayıb.
Məlumata görə, “Şamaxı”dan ayrılan sol cinah müdafiəçisi Rüfət Abbasov “Neftçi” ilə 3 illik müqavilə bağlayıb. 21 yaşlı futbolçu klubda “3” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan, 2015-ci ildə klubun akademiyasına qoşulan Abbasov 2021/22-ci illər mövsümündə əsas komandanın heyətində 2 rəsmi oyunda iştirak edib. Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.

Son xəbərlər
Son Xəbərlər