Kılıçdaroğlu Özgür Özeldən TBMM-ə şikayət etdi

kilicdaroglu-ozgur-ozelden-tbmm-e-sikayet-etdi
Oxunma sayı: 387

Məhkəmə qərarı ilə yenidən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri postuna qayıdan Kamal Kılıçdaroğlu partiya daxilində radikal addımlar atmağa başlayıb.

“Qafqazinfo” “Sözcü” qəzetinə istinadən xəbər verir ki, CHP lideri Özgür Özelin CHP qrup sədrliyinin ləğv edilməsi məqsədilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə rəsmi müraciət ünvanlayıb.

Kılıçdaroğlu müraciətində Özgür Özelin parlamentdəki qrup sədrliyi səlahiyyətlərinin ləğvini tələb edib. Bu addım partiya daxilində Kılıçdaroğlu və Özəl tərəfdarları arasında siyasi gərginliyi yenidən pik həddə çatdırıb.

Qeyd edək ki, mayın 23-də CHP-nin keçirilən fövqəladə iclasında səsvermə baş tutmuş və Özgür Özel 93 səs toplayaraq partiyanın TBMM-dəki qrup sədri seçilmişdi.