İki ildir reytinqləri alt-üst edən “Uzak şehir” serialı izləyiciləri üçün uzun müddət danışılacaq sezon finalı bölümü hazırlayır.
“Qafqazinfo” xəbər verir ki, böyük maraqla gözlənilən həmin bölümün ssenarisi Türkiyə mediasına sızdırılıb.
İddialara görə, izləyicilər yenə də xoşbəxt sonluq görməyəcəklər. Mövsüm finalında serialın ən dramatik və yaddaqalan səhnələri yer alacaq.
Sızdırılan məlumatlara əsasən, Albora malikanəsinin xanım ağası Sadakat uzun müddətdir davam edən Cihan-Boran qarşıdurmasına son qoyacaq. Həmin səhnədə Sadakat Cihanı qorumaq üçün digər oğlu Boranı güllələyəcək. Bununla da tamaşaçıların nifrətini qazanan Boran obrazı serialla vidalaşacaq.
Həmçinin Şahin və Demir personajları da eyni bölümdə faciəvi şəkildə öləcəklər. Bölümün ən emosional səhnələrindən biri ölüm ayağında olan Şahinlə həyat yoldaşı Nare arasındakı dialoq olacaq.

Ssenari müəllifi ən yaddaqalan hadisəni isə bölümün son dəqiqələri üçün hazırlayıb. Bu, Cihanın Albora meydanında özünə toy təşkil etdiyi gün yaşanacaq hadisələrdir. Baş verənlərdən yorulan Alya toy günü oğlu Denizlə birlikdə xaricə qaçacaq. Onun Cihanla son telefon söhbətində bağışlanmasını istəməsi, Cihanın isə “bu dəfə səni bağışlamayacağam, Alya” cavabı finala damğa vuracaq səhnələrdən biri kimi yadda qalacaq.
Sezon finalı bölümü iyunun 1-də yayımlanacaq.
Qeyd edək ki, serialın baş rollarını Ozan Akbaba və Sinem Ünsal canlandırır. Bundan başqa, layihədə Alper Cankaya, Sahra Şaş, Qonca Cilasun, Burç Kümbetlioğlu, Ferit Kaya və başqa aktyorlar yer alır.







Son xəbərlər
Son Xəbərlər