Maşını alovlar içində avtoyuma məntəqəsinə çatdırdı - Video

masini-alovlar-icinde-avtoyuma-menteqesine-catdirdi
Oxunma sayı: 1

Ötən gün Cəlilabadda ot bağlaması yüklənmiş yük avtomobilində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb.

Hərəkətdə avtomobilin yük hissəsindəki ot bağlamaları qəfil alışmağa başlayıb. Yanğını görən sürücü avtomobili yaxınlıqdakı avtoyuma məntəqəsinə sürərək su vasitəsilə alovun qarşısını almağa çalışıb.

Hadisə anından görüntüləri təqdim edirik:

Qeyd edək ki, yanğın zamanı avtomobilin bir hissəsi yararsız hala düşsə də, sürücü kabinası və mühərrikxanasını qorumaq mümkün olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.