Topçubaşovun məzarını ziyarət etdilər

topcubasovun-mezarini-ziyaret-etdiler
Oxunma sayı: 427

Azərbaycanın Fransadakı səfirliyinin diplomatik heyəti Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “X” hesabında paylaşıb.

“Müsəlman Şərqinin ilk parlament demokratiyası - Azərbaycan Demokratik Respublikasının banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarını diplomatik heyət və icma üzvləri ilə birgə ziyarət etdik. Azərbaycan uğrunda mübarizə aparan vətən övladlarını hörmətlə yad edirik!”, - səfir bildirib.