Bu gün növbəti mövsüm üçün Azərbaycan I Liqasına vəsiqə qazanan son komanda məlum olacaq.
“Qafqazinfo” xəbər verir ki, saat 16:00-da Şamaxı şəhər stadionunda başlayacaq pley-off oyununda “Şimal” “Qaradağ Lökbatan”la qarşılaşacaq.
Oyunda VAR sistemi də tətbiq ediləcək.
Qeyd edək ki, 2025/26 mövsümündə “Şimal” 1-ci liqada 9-cu, “Qaradağ Lökbatan” isə 2-ci liqada 2-ci yeri tutub.
***
“Şimal” komandası 2026/2027 mövsümündə də futbol üzrə Azərbaycan I Liqasında çıxış edəcək.
Xaçmaz təmsilçisi çempionata vəsiqə uğrunda pley-off oyununda “Qaradağ Lökbatan”a qalib gəlib. Şamaxı şəhər stadionunda keçirilən matç 2:1 hesabı ilə yekunlaşıb.
Xatırladaq ki, “Şimal” cari mövsüm I Liqanı 11-ci, “Qaradağ Lökbatan” isə II Liqanı 2-ci pillədə başa vurub.
Son xəbərlər
Son Xəbərlər