Həcc ziyarətində dronlardan istifadə edilir

hecc-ziyaretinde-dronlardan-istifade-edilir
Oxunma sayı: 509

Səudiyyə Ərəbistanı hakimiyyəti Həcc ziyarətində tibbi təminat məqsədilə dronlardan istifadə edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Agence France-Presse” nəşri məlumat yayıb.

Bildirilir ki, bu il Məkkədə havaların həddinən artıq isti keçməsi zəvvarlar üçün xəstələnmə və ölüm riski yaradır. Bunu nəzərə alan Krallıq hakimiyyəti ziyarətin həyata keçirildiyi ərazilərdə çoxsaylı tibb məntəqələrinin təşkili barədə qərar qəbul edib. Bu məntəqələrin dərman və digər ilkin tibbi vasitələr ilə təminatı isə avtomobillərlə deyil, dronlar vasitəsilə həyata keçirilir. 

Dronların istifadə edilməsində məqsəd yardımı sürətləndirmək və Həcc ziyarəti dövründə onsuz da yüklənmiş olan yolların yükünün azaltmaqdır. 

Qeyd edək ki, bu il Həcc ziyarəti Fars körfəzi bölgəsində vəziyyətin kəskinləşməsi səbəbi ilə gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir. Ziyarətdə 1,7 milyon müsəlman zəvvarın iştirak etdiyi bildirilir.