Gəncədə evdən qadın meyiti tapıldı

gencede-evden-qadin-meyiti-tapildi
Oxunma sayı: 134

Gəncədə evdən qadın meyiti aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Dost 102 ünvanında qeydə alınıb.

Bildirilib ki, qonşular dərhal aidiyyəti qurumlara məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları evdə Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Aidə Mahmudovanın meyitini tapıblar.

İlkin ehtimallara görə, 49 yaşlı qadın qəfil ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanıb.

Yunis Quliyev