Oğlunun qalmaqallı açıqlamasına atmacalı reaksiya verdi - Video

oglunun-qalmaqalli-aciqlamasina-atmacali-reaksiya-verdi
Oxunma sayı: 2001

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem böyük oğlu Bruklinin ailəsi haqqında ittihamlarına reaksiya verib.

“Qafqazinfo” xəbər verir ki, o, CNBC kanalında yayımlanan “Squawk Box” adlı verilişdə sosial şəbəkələr haqqında danışarkən dolayı yolla bu mövzuya da toxunub.

Bekhem sosial şəbəkələrdən BMT-nin Uşaq Fondu (UNİCEF) çərçivəsində xeyriyyə məqsədilə istifadə etdiyini, lakin bu platformaların uşaqlara təhlükəli ola biləcək məzmuna çıxış imkanı verdiyini qeyd edib.

“Uşaqlarıma öyrətməyə çalışdığım budur, onları maarifləndirməyə çalışmışam. Amma bilirsiniz, bəzən onlara bu səhvləri etməyə imkan vermək lazımdır. Uşaqlar səhv edə bilərlər, onlar bu yolla öyrənirlər”, - sabiq futbolçu fikrini tamamlayıb.

Xatırladaq ki, daha əvvəl Devid və Viktoriya Bekhemlərin böyük oğlu Bruklin Pelts-Bekhemin ailəsi ilə yaşadığı münaqişənin səbəblərini açıqlaması geniş müzakirələrə yol açıb. O, uzun illər boyu nəzarəti altında olduğu valideynlərini “xoşbəxt ailə” obrazını manipulyasiya etməkdə ittiham edib.