“Qarabağ”ın rəqibi də 3 qolla qalib gəldi

qarabagin-reqibi-de-3-qolla-qalib-geldi
Oxunma sayı: 2020

Bu gün Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turuna yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, 2-ci oyun günündə də 9 matç keçirilib.

Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Almaniya “Ayntraxt”ını qəbul edib və 3:2 hesablı qələbə qazanıb.

Türkiyə “Qalatasaray”ı İstanbulda “Atletiko”nu sınağa çəkib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. “Çelsi” “Pafos”a, “Bavariya” “Yunion”a, “Yuventus” “Benfika”ya qalib gəlib. “Qarabağ”ın son - 8-ci turdakı rəqibi “Liverpul” isə “Marsel”in qonağı olub və böyükhesablı qələbə qazanıb - 3:0.

Qeyd edək ki, reqlamentə əsasən, turnirdə 1-8-ci yerləri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcəklər. Ötən gecə “Arsenal” 1/8 finala vəsiqəni rəsmiləşdirən ilk komanda olmağı bacarıb. “Vilyarreal” və “Kayrat”ın isə ÇL-lə vidalaşacağı dəqiqləşib.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 7-ci tur

21:45. “Qarabağ” (Azərbaycan) – “Ayntraxt " (Almaniya) - 3:2

21:45. “Qalatasaray” (Türkiyə) – “Atletiko” (İspaniya) - 1:1

00:00. “Atalanta” (İtaliya) – “Atletik” (İspaniya) - 2:3

00:00. “Çelsi” (İngiltərə) – “Pafos” (Kipr) - 1:0

00:00. “Bavariya” (Almaniya) – “Yunion" (Belçika) - 2:0

00:00. “Yuventus” (İtaliya) – “Benfika” (Portuqaliya) - 2:0

00:00. “Nyukasl” (İngiltərə) – “PSV” (Niderland) - 3:0

00:00. “Marsel” (Fransa) – “Liverpul” (İngiltərə) - 0:3

00:00. “Slaviya Praqa” (Çexiya) – “Barselona” (İspaniya) - 2:4.