“Gözəl bir futbol axşamı oldu” - Almaniya səfirliyi

gozel-bir-futbol-axsami-oldu
Oxunma sayı: 2760

Almaniyanın Azərbaycandakı səfirliyi “Qarabağ”ı “Ayntraxt” üzərində qazandığı qələbə münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səfirliyin rəsmi feysbuk hesabında paylaşım edilib.

“Qarabağ” FK-nı “Ayntraxt” üzərində 3-2 hesablı qələbə münasibətilə ürəkdən təbrik edirik! Səfir Horlemann və Almaniyanın Bakıdakı səfirliyinin bir qrup əməkdaşı dünən stadionda idi. Tofiq Bəhramov adına Respublika Stadionun unikal atmosferində həyəcanlı bir oyun və gözəl bir futbol axşamı oldu”, - paylaşımda bildirilib.